Aprelin 18-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Salyan və Neftçalaya səfəri, Qazaxıstanın Azərbaycana səfir göndərməsi, İsrail XİN başçısının Bakıya ilk səfəri və digər xəbərlər gündəmin əsas mövzularını təşkil edib.
Modern.az oxucuların marağını nəzərə alaraq, ötən günün icmalını təqdim edir:
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçala və Salyan rayonlarına səfər ediblər. Dövlət başçısı və birinci xanım Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun, Neftçala Olimpiya İdman Kompleksinin, Bankə qəsəbə 2 saylı tam orta məktəbin, Salyanda “ASAN xidmət” Mərkəzinin açılışında iştirak ediblər.
"N" saylı hərbi hissədə bir qrup hərbi vəzifəlilərin təlim toplanışı keçirilir. Ehtiyatdan çağırılan hərbi vəzifəlilər toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunublar.
Prezident İlham Əliyev Salyanda Azərbaycan Televiziyasına müsahibə verib. Dövlət başçısı qeyd edib ki, vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan bu gün “Qarabağ Azərbaycandır və nida” sözlərimizi təkrar etməlidir. Prezident, həmçinin bildirib ki, Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. “Burada tam sərbəstlik var, bütün demokratik əsaslar təklif olunur. Bu məsələ insan hüquqları əsasında öz həllini tapmalıdır”,- deyə dövlət başçısı vurğulayıb.
Ali Baş Komandan Ermənistanda bayrağımızın yandırılmasına sərt reaksiya verib: "Bu hadisə bizi sarsıda bilməz, bizim iradəmizə heç bir təsir edə bilməz. Ancaq onlar yaxşı fikirləşsinlər. Bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər".
Ötən gün Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Kiyev şəhərinə səfər ediblər. Ukrayna-Azərbaycan dostluq qrupunun həmsədri Volodimir Kreydenko özünün "Facebook" səhifəsində azərbaycanlı deputatların səfəri ilə bağlı paylaşım edib. Kreydenko qeyd edib ki, səfər onun təşəbbüsü və Ukrayna Ali Radasının sədri Ruslan Stefançukun dəvəti ilə baş tutub. Paylaşımda bildirilib ki, azərbaycanlı deputatlar Buçada olublar.
Ramazan bayramı ilə əlaqədar aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının qrafikdən əvvəl olmaqla bayram ərəfəsində ödənilməsi nəzərdə tutulur.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstana rəsmi səfər edib. O, Qazaxıstan müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov ilə görüşüb. Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
İsrailin xarici işlər naziri Eli Kohen Azərbaycanda səfərdədir. Onu İsraildə fəaliyyət göstərən 20 şirkətin təmsilçilərindən ibarət işgüzar nümayəndə heyəti müşayiət edir. İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda səfərdə olan Eli Kohenlə görüşüb.
Dünən Tərtərdə 43 yaşlı kişi minaya düşüb. Hadisə rayonun Borsunlu kəndində baş verib. Minaya düşən kənd sakini, 1980-ci il təvəllüdlü Elnur Əsgərov xəstəxanaya yerləşdirilib.
Ermənistanda 53 nəfər dövlətə xəyanətdə ittiham olunur. Bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib. Paşinyanın sözlərinə görə, dövlətə xəyanətdə ittiham olunan şəxslərin əksəriyyəti hərbçilər və yüksək rütbəli zabitlərdir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana yeni səfir təyin edib. Sərəncama əsasən, Alim Bayel Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyinat alıb.
İranda 1979-cu ildə devrilmiş Pəhləvi xanədanının şahzadəsi Rza Pəhləvi İsrailə səfər edib. O, ölkənin baş naziri Benyamin Netanyahu ilə görüşüb. Görüşdə Netanyahunun xanımı da iştirak edib. Şahzadə həmçinin Holokost qurbanları abidəsinə də baş çəkib.
Ermənistan baş naziri Nikol Paşinyan ölkəsi və region üçün sülh formulundan danışıb. Onun sözlərinə görə, sülh beynəlxalq ictimaiyyət Ermənistanın ərazisini tanıdığı, İrəvan isə digər ölkələrə qarşı iddialarının olmaması barədə bəyanat verəndə gələcək.
Yaponiyanın Karuizava kurort şəhərində G7-yə üzv ölkələrin xarici işlər nazirlərinin görüşü keçirilib. Yekun bəyanatda qeyd olunub ki, G7 Rusiyadan qoşunlarını Ukrayna ərazisindən çıxarmağı tələb edir. XİN başçıları bildiriblər ki, üçüncü ölkələr tərəfindən Rusiyaya silah tədarükünün qarşısını almaq üçün koordinasiya gücləndiriləcək, Rusiyanın Ukraynaya qarşı müharibəsini maddi cəhətdən dəstəkləyənlərə qarşı tədbirlər görüləcək.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan Əl Səud 12 ildən sonra ilk dəfə Suriyaya səfər edib. Suriyanın "Sana" agentliyinin məlumatına görə, səudiyyəli nazir Dəməşqdə Suriya prezidenti Bəşər Əsədlə görüşüb.
Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz:
Əhali iqtisadi vəziyyəti necə qiymətləndirir... - SORĞU
3 separatçı saxlanıldı - 10 ilə qədər həbs
Əsir hərbçilərimizlə bağlı britaniyalı nazirə müraciət edildi
Səs bölmək üçün... - İnce efirdə olarkən verilən maraqlı reklam - VİDEO
Tanınmış jurnalistin oğlu ABŞ-ın 8 universitetindən dəvət ALDI
Qazaxıstanın Azərbaycandakı yeni səfiri KİMDİR...
Qarabağ münaqişəsi Avrasiyaya ciddi təsir göstərib - General-polkovnik
Tokio həmvətənlərinin məzarına tüpürür - Medvedevdən əcaib açıqlama
Müəllimlərin sertifikasiyasını onlar keçirir - 7 vəzifəli şəxs - FOTO+SİYAHI
Taxıl blokadası: Ukraynanı nə gözləyir?
Fidandan daha bir möhtəşəm nəticə - FOTO
Ermənilər hərbçilərimizi diversantlarla dəyişmək istəyir - Bakı nə edəcək?
İsrail XİN başçısının Bakıya ilk səfərinin DETALLARI
Ərdoğan seçki kampaniyasında Qarabağdan DANIŞDI
Özümüzdən yeni fənlər kəşf etməyək - Deputatlardan nazirin çıxışına REAKSİYA
Sosial şəbəkələr elmə marağı azaldır, yoxsa artırır...
Laçınlılara ŞAD XƏBƏR - Köç vaxtından əvvəl başlayacaq
Əsir hərbçinin anası BQXK-ni TƏKZİB ETDİ
İlham Əliyevin Salyandan verdiyi mesajlar - TAM MƏTN
Aktrisa DİM-dən şikayət etdi: Budur ədalət?
Ermənistanda saxlanılan Hüseyndən yeni XƏBƏR VAR
İran şahzadəsinin İsrailə səfəri nədən xəbər verir?
ABŞ Quterreşin telefonunu dinləyib - BMT narahatdır