Modern.az

Ehtiyatda olan hərbçilər döyüş hazırlığında - FOTOLAR

Ehtiyatda olan hərbçilər döyüş hazırlığında - FOTOLAR

Aktual

18 Aprel 2023, 11:50

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin təlim toplanışı keçirilir.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, ehtiyatdan çağırılan hərbi vəzifəlilər toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunublar.

 

Hərbi vəzifəlilərin cəlb olunduğu toplanışın əsas məqsədi onların döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzun arsenalında olan müasir silah və hərbi texnika ilə yaxından tanış etmək, istismar qaydalarını öyrətməkdir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?