Modern.az

11 mindən çox Türkiyə vətəndaşı Azərbaycanda səs verəcək

11 mindən çox Türkiyə vətəndaşı Azərbaycanda səs verəcək

Aktual

26 Aprel 2023, 12:24

Mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri ilə əlaqədar 11 036 nəfər Türkiyə vətəndaşı Azərbaycanda səs verə biləcək.

 

Modern.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ali Seçki Komissiyasından bildirilib.

 

Türkiyə vətəndaşları Azərbaycanda 3 məntəqədə səs vermək imkanına sahib olacaqlar.

 

Xatırladaq ki, Türkiyədə keçiriləcək prezident seçkilərində 4 nəfərin namizədliyi qeydə alınıb. Bunlar hazırkı prezident, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, "Cümhur İttifaqı"nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan, əsas müxalifət qüvvələrinin birləşdiyi "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce və ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İttifaqı"nın irəli sürdüyü namizəd Sinan Oğandır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu