Modern.az

Məşhur müğənni Kılıçdaroğlunu dəstəklədi

Məşhur müğənni Kılıçdaroğlunu dəstəklədi

Dünya

26 May 2023, 10:24

 

Türkiyəli tanınmış müğənni Gökhan Özoğuz "Millət İttifaqı"nın prezidentliyə namizədi, CHP sədri Kemal Kılıçdaroğluna dəstəyini ifadə edib.

 

Modern.az xəbər verir ki, sənətçi Kılıçdaroğlunun "Babala TV"nin efirində qonaq olduğu verilişə baxdıqdan sonra tviter səhifəsində bu barədə paylaşım edib.

 

"Bu proqramdan sonra cənab Kemal Kılıçdaroğlu özü və partiyası ilə bağlı bütün sual işarələrini mükəmməl bir şəkildə ortadan qaldırdı. Türkiyənin qurtuluşu "Millət İttifaqı"ndadır. Seçki qutusuna sarıl. Səs ver, gələcəyiniz oradadır. Bu verilişi başdan sona qədər bütün xalqımız izləməlidir", - deyə o bildirib.

 

Xatırladaq ki, müğənni Tarkan da Kılıçdaroğlunu dəstəkləmişdi.

 

Qeyd edək ki, Kılıçdaroğlu veriliş zamanı Azərbaycanla bağlı sualı da cavablandırıb.

 

Prezidentliyə namizədlərlə bağlı ətraflı: burada

Bu xəbər ilə bağlı
Kılıçdaroğlunun qonaq olduğu veriliş rekord qırdı - Çox sakit idi...
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi