Modern.az

Tarkan səs verdi - Kılıçdaroğlunu dəstəklədi

Tarkan səs verdi - Kılıçdaroğlunu dəstəklədi

24 May 2023, 16:48

Türkiyəli məşhur müğənni Tarkan prezident seçkilərinin ikinci turunda səsvermə hüququndan istifadə edib.

 

Modern.az xəbər verir ki, sənətçi bu barədə tviter səhifəsində paylaşım edib.

 

"Mən səsimi verdim yenə, ver mütləq sən də. Hamımız üçün ən yaxşısı, ən xeyirlisi olsun", - deyə o qeyd edib.

 

Paylaşımının sonunda Tarkan qəlb işarəsi qoyub. Bu, "Millət İttifaqı"nın vahid namizədi, CHP sədri Kemal Kılıçdaroğlunun seçki kampaniyası dövründə istifadə etdiyi simvoldur. Buna əsasən, müğəninin Kılıçdaroğlunu dəstəklədiyi bildirilib.

 

Qeyd edək ki, Türkiyədə seçkilərin ikinci turu 28 mayda keçiriləcək, lakin ölkə xaricində səsvermə prosesi daha tez başlayıb və bu gün sona çatır. Almaniyada yaşayan Tarkan da bu gün səs verib.

 

 

Bu xəbər ilə bağlı
Türkiyədə seçkilərə təsir edən faktorlar - Seçici psixologiyası
Xəbəri oxu
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir