Modern.az

Bu avtobusların marşrutu dəyişdi - SƏBƏB 

Bu avtobusların marşrutu dəyişdi - SƏBƏB 

Aktual

8 Yanvar 2023, 14:14

Bakıda ağacın aşması səbəbindən avtobusların hərəkət sxemi dəyişdirilib.

 

Modern.az  xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

 

Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, Tennis akademiyası yaxınlığında yolun hərəkət hissəsinə ağac aşması səbəbindən nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulub.

 

Bu səbəbdən həmin küçəyə daxil olan 6, 88, 88A və 202 nömrəli müntəzəm marşrutlar üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq Şövkət Məmmədova küçəsi ilə təşkil edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi