Modern.az

Polkovnikin rəhbərlik etdiyi qurum fəaliyyətini DAYANDIRDI

Polkovnikin rəhbərlik etdiyi qurum fəaliyyətini DAYANDIRDI

Ölkə

27 Noyabr 2024, 10:32

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası fəaliyyətini dayandırıb.

Modern.az APA-ya istinadən xəbər verir ki, federasiya ləğv olunub.

Bildirilir ki, muxtar respublikada Azərbaycan Karate Federasiyanın nümayəndəliyi yaradılıb. Nümayəndəliyi rəhbəri isə Nəriman Quliyev təyin edilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası 2002-ci il mart ayının 15-də yaradılıb. Federasiyaya Naxçıvan Muxtar Respublikasının bir müddət əvvəl ləğv edilən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi polkovnik Nurlan Pənahov rəhbərlik edirdi.

Xatırladaq ki, noyabrın 26-da Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası da fəaliyyətini dayandırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü