Modern.az

UNEC-də magistraturaya sənəd qəbulu onlayn aparılacaq

UNEC-də magistraturaya sənəd qəbulu onlayn aparılacaq

Təhsil

4 İyul 2024, 17:10

UNEC-də magistraturaya qəbul olan bakalavrların sənəd qəbulu 9 iyul tarixindən 18 iyuladək elektron qaydada aparılacaq.

 

Magistraturaya qəbul olanlar sənədlərini UNEC-in rəsmi səhifəsinə (unec.edu.az) daxil olaraq, “Tələbə kabineti” qeydiyyat bölməsinə keçid almaqla, kabinet.unec.edu.az bölməsinə yükləməlidirlər.

 

Bundan əlavə, bakalavrlar portal.edu.az saytından da qeydiyyatdan keçməlidirlər. Portal.edu.az-dan qeydiyyat keçməyənlər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcək.

 

Sənəd qəbulu barədə ətraflı məlumat UNEC-in rəsmi səhifəsinin elanlar bölməsində yerləşdirilib. 

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi