Modern.az

Bu gündən ixtisas seçimi başlayır

Bu gündən ixtisas seçimi başlayır

Təhsil

11 Avqust 2025, 09:04

Bu gün ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bütün ixtisas qrupları üzrə başlayır.

Dövlət İmtahan Mərkəzindən (DİM) Modern.az-a verilən məlumata görə, ixtisas seçimi avqustun 11-dən 19-dək olan müddətdə aparılacaq.

Xatırladaq ki, DİM “Abituriyent” jurnalının 4-cü nömrəsi, “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlı kitabçalar, “Subbakalavr” peşə-ixtisas dərəcəsi almış və ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olunmaq istəyən şəxslər üçün “Abituriyent” jurnalının xüsusi buraxılışını nəşr edərək satışa çıxarıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza