Modern.az

Müəllimlərin sertifikasiyasının müsahibəsi nə vaxt başlayır? - RƏSMİ

Müəllimlərin sertifikasiyasının müsahibəsi nə vaxt başlayır? - RƏSMİ

Təhsil

12 Avqust 2025, 14:52

Sertifikatlaşdırmanın müsahibə mərhələsinə avqust ayının sonlarından etibarən start veriləcək.

Modern.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) yaydığı məlumatda deyilir.

Bildirilir ki, ilk növbədə təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində uğur qazanan müəllimlər üçün müsahibələr təşkil olunacaq. Təkrar sertifikatlaşdırma üzrə 1 400-dən artıq müəllimin müsahibə mərhələsində iştirakı nəzərdə tutulub.

Qeyd olunur ki, 2025-ci il üçün təşkil olunmuş sertifikatlaşdırılma prosesində 21 000-ə yaxın kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən təhsilverən, eyni zamanda, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak ediblər. Test imtahan mərhələsində 6 600 təhsilverən 51 bal və daha yuxarı, 11 318 təhsilverən isə 30 bal və daha yuxarı nəticə göstərib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza