Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.
Modern.az xəbər verir ki, vakansiya seçimi mərhələsinin nəticələri müsabiqədə iştirak edən namizədlərin şəxsi kabinetinə göndərilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, 6-11 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 2407 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib.
Ümumilikdə isə müsabiqə üzrə 3958 namizəd müsahibə mərhələsində iştirak hüququ əldə edib.
Mmüsahibə mərhələsi ilə bağlı məlumat əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
Xatırladaq ki, MİQ-in test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakansiya seçiminə buraxılmışdılar.