Modern.az

Magistraturaya əlavə yerləşdirmə: qeydiyyat müddəti uzadıldı

Magistraturaya əlavə yerləşdirmə: qeydiyyat müddəti uzadıldı

Təhsil

28 Avqust 2025, 17:26

Ali təhsil pilləsinin magistratura səviyyəsinin boş qalan plan yerlərinə əlavə yerləşdirmə ilə qəbul olunan namizədlərin qeydiyyat prosesi 1 sentyabr saat 18:00-dək uzadılır.

Modern.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, namizədlər //portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj