Modern.az

Kelbecer'de derede mahsur kalan kişi kurtarıldı

Kelbecer'de derede mahsur kalan kişi kurtarıldı

Hadisə

Bugün, 13:07

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kelbecer rayonu, Tövlədərə kəndində mürəkkəb relyefli dağlıq ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə edilməklə dağlıq ərazidə dərinliyi təxminən 100 metr olan dərədə köməksiz vəziyyətdə qalan vətəndaş - 1967-ci il təvəllüdlü Fərzəliyev Kamil İmamverdi oğlu xilas olunub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
DƏHŞƏTLİ HÜCUM! Rusiya paytaxta raketlər yağdırdı - Ölənlər var