Kürdəmirdə "Mercedes" qoyun sürüsünü vurdu - 15 heyvan öldü, çoban yaralandı
Kürdəmirdə yol qəzası zamanı 15 heyvan tələf olub, sahibi isə ağır xəsarət alıb.
Modern.az xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Qazax avtomobil yolunda, Kürdəmirin Muğanlı kəndi yaxınlığında baş verib. İlkin məlumata görə, Gəncə istiqamətində hərəkətdə olan minik avtomobili yolu keçən qoyun sürüsünü vurub.
Qəza nəticəsində avtomobillə xeyli zərər dəyib.
...