Modern.az

Sabiq deputata ağır itki üz verdi  

Sabiq deputata ağır itki üz verdi   

29 İyul 2018, 16:29

Sabiq deputat Əkrəm Abdullayevə ağır itki üz verib.

Modern.az-ın məlumatına görə, iyulun 29-da Ə.Abdullayevin anası Qönçə Axundova 76 yaşında dünyasını dəyişib.

Q.Axundova uzun müddət şəkər xəstəliyindən əziyyət çəkirdi. Mərhum bu gün Salyanda torpağa tapşırılıb.

Xatırladaq ki, Ə.Abdullayev 2005-2010-cu illərdə 59 saylı Salyan birinci seçki dairəsindən Milli Məclisin deputatı olub.

Ə. Abdullayev 1996-2005-ci illərdə Gənclər və İdman Nazirliyində təlimatçı, baş təlimatçı, sektor müdiri və şöbə rəisi vəzifələrində çalışıb

O, bir müddət Gənclər Təşkilatları Milli Şurasının sədri olub.

Sabiq deputat hazırda Dünya Türk Gənclər Birliyinin sədridir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri