Modern.az

Prezidentliyə keçmiş namizədin qardaşı VƏFAT ETDİ

Prezidentliyə keçmiş namizədin qardaşı VƏFAT ETDİ

Allah rəhmət eləsi̇n

29 Avqust 2024, 11:12

Fəaliyyəti dayanmış Qeyrət Partiyasının və Azərbaycan Repressiya Qurbanları Assosiasiyasının mərhum sədri Əşrəf Mehdiyevin qardaşı Rəşid Mehdiyev 88 yaşında vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə mərhumun qardaşı oğlu Azər Mehdizadə bildirib.

1936-cı ildə Cəbrayıl rayonunun Balyand kəndində anadan olmuş Rəşid Mehdiyev orta məktəbi qızıl medalla bitirmişdi. O, Bakı Dövlət Universitetinin Molekulyar fizika fakültəsində çalışırdı. R.Mehdiyev fotokeçiricilik sahəsində kristalın həssas olmasina dair kəşfilə elmlər doktoru alimlik dərcəsinə malik idi.

Qeyd edək ki, mərhum Ərəf Mehdiyev 1993 və 1998-ci illərdə prezidentliyə namizəd olub. 2005-ci ildə 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən deputatlığa namizəd olub. 2009-cu ildə aprelin 24-də vəfat edib.
Ə.Mehdiyevin ölümündən sonra onun rəhbərlik etdiyi Qeyrət Partiyası bağlanıb, Azərbaycan Repressiya Qurbanları Assosiasiyasına isə Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə rəhbərlik edir.

Allah rəhmət eləsin.

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?