Azərbaycan Dövlət Kukla Teatrının veteran aktrisası Elmira Hüseynova vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə teatr məlumat yayıb.
Mərhum aktrisa uzun müddət idi ki, onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Elmira Hüseynova 8 noyabr 1952-ci ildə Bakı şəhərində anadan olub. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına 1970-ci ildə müsabiqə yolu ilə işə qəbul olub və ömrünün sonuna qədər orada çalışıb.
Allah rəhmət eləsin.