Modern.az

Prezident: Moskvanın "DXR" və "LXR"i tanıması heç nəyi dəyişmir  

Prezident: Moskvanın

Aktual

24 Fevral 2022, 12:32

Moskva ilə Bakı arasında "Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" ikitərəfli münasibətlərin əldə edilmiş səviyyəsini rəsmiləşdirib.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev TASS-ın baş redaktorlar klubunda Rusiya KİV rəhbərləri ilə görüşündə deyib.

 
Ölkə başçısının sözlərinə görə, Rusiya tərəfindən "Donetsk və Luqansk xalq respublikaları"nın ("DXR" və "LXR") tanınması bu baxımdan heç nəyi dəyişmir:


"Hesab edirəm ki, biz sadəcə olaraq baş verənləri rəsmiləşdirdik, bunu münasibətlərimizin xarakterinə uyğun adlandırdıq və biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Əminəm ki, Azərbaycan və Rusiya tərəfdən bununla bağlı heç bir düzəliş olmayacaq. Rusiya rəhbərliyinin qərarı çox yaxınlarda verilib və bunu başa düşmək lazımdır. Amma deməliyəm ki, bəyannamənin mətni artıq bir neçə ay əvvəl hazır idi. Yəni, yekun mətn artıq hazır idi, lakin prezidentlərin şəxsən görüşməsi lazım idi. Təbii ki, bura bütün pandemiya məhdudiyyətləri və prezidentlərin iş qrafiki daxildir. Noyabrın sonunda Moskvaya sonuncu səfərim zamanı razılaşdırılıb ki, bu, bu ilin əvvəlində olacaq”, - Prezident İlham Əliyev vurğulayıb.


Azərbaycan lideri əlavə edib ki, onun Rusiya Prezidenti Vladimir Putinlə görüşünün tarixi Rusiya tərəfindən sənədin imzalanmasına təxminən 20 gün qalmış təklif edilib: "Əlbəttə ki, hadisələrin (Putinin "DXR" və "LXR"ı tanımaq qərarı) ayın 21-də baş verdiyini nəzərə alaraq, bu tarixi düzəltmək imkanını belə düşünməmişəm. Münasibətlərimiz üçün heç nə dəyişməyib və dəyişməməlidir".


Onun sözlərinə görə, tərəflər imzalanmış bəyannamədə əksini tapan və Moskva ilə Bakının uzun illərdir əməkdaşlıq etdiyi sahələrdə fəaliyyəti davam etdirəcək. Bundan əlavə, Prezident İlham Əliyev Rusiya və Azərbaycanın beynəlxalq aləmdə həmişə bir-birini dəstəklədiyinə diqqət çəkib. 
 

"Təvazökarlıq etmədən deyim ki, başqa şeylərlə yanaşı, mən hələ Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin sədri olanda bunun əsasını qoymuşam. Rusiya nümayəndə heyəti bizim təşəbbüsümüzlə bütün məsələlərdə bir-birini dəstəkləməyə razılaşdı və həmişə həmrəyliyə səs verdi. Ona görə də, bu ənənə digər beynəlxalq strukturlarda davam edib”, - deyə Prezident bildirib.

 

Qeyd edək ki, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” çərşənbə axşamı Kremldə danışıqların yekunları olaraq, iki ölkə prezidentləri Vladimir Putin və İlham Əliyev tərəfindən imzalanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?