Modern.az

“Şurnuxuda ermənilər yox idi” - 19 yaşında kənddən çıxan azərbaycanlı DANIŞDI

“Şurnuxuda ermənilər yox idi” - 19 yaşında kənddən çıxan azərbaycanlı DANIŞDI

Qərbi Azərbaycan

Bu gün, 08:30

Oktyabrın 8-də Gorus şəhərində Azərbaycan və Ermənistanın müvafiq strukturlarının nümayəndələri arasında TRIPP layihəsi çərçivəsində elektrik xətlərinin çəkilişi məsələlərinə həsr olunmuş texniki görüş keçirilib.
Gorus rayonunun Şurnuxu kəndindən olan,19 yaşına kimi orada yaşamış Şakir Əsgər oğlu Həsənov Modern.az ilə həmsöhbət olub. O bildirib ki, Şurnuxu yarananda orada erməni yaşamayıb:

“Sadəcə o ərazidə baytar, müəllim və s. kimi fəaliyyətləri olub. Xüsusilə də rus dili müəllimliyi edirdilər. 
Gorus rayonu ərazisində 1905-ci ilə qədər 45 kənd var idi. Əvvəl ora Gorus qəzası olub, azərbaycanlılar çox yaşayırdı. Amma son dövrdə yəni, 1988-ci ildə azərbaycanlılar yaşayan 5  kənd qalmışdı. Çünki erməni terror dəstəsinnin başçısı Andarnikin dövründə azərbaycanlı kəndləri yandırılır, dağıdılırdı. Məsələn, Gorusun Ağvanlı, Bəylər kəndləri var idi ki, orada azərbaycanlılar yaşayırdı. Azərbaycanlıların Armudlu, ermənilərin Tandzaver adlandırdıqları kənd, Maç kəndi - bunlarda soydaşlarımız yaşayırdı.

Bizim kəndin yanında balaca bir kənd var idi, orada ermənilər yaşayırdı. Biz Kürdük kəndi deyirdik, onlar Bardzravan deyirdilər. Kəndin yuxarısında yaylaqlar vardı, Qalaqapıları, Ağadərəsi, Suarı kəndi var idi ki, ancaq azərbaycanlılar yaşayırdı”.


Şakir Həsənovun Şurnuxu kəndindəki evi

Müsahibimiz qeyd edib ki, 1905-1918-ci illərdə azərbaycanlılar tarixi ata-baba yurdlarından  çıxarılırdı. 

“Hətta bizim kəndin sakinləri də 1905-ci ildə çıxarılıb. Kəndin bir neçə  evi yandırılıb, sakinlər isə Qubadlıya pənah aparıblar. Ancaq sonradan yenə kəndə qayıdıblar”.

19 yaşına kimi Şurnuxuda yaşamış Şakir Həsənov kəndin gözəlliklərini belə təsvir edib:

“Kəndimizin özünəxas gözəllikləri vardı. Ətrafı meşəlik, yaşıllıq idi. Bu gün Şurnuxu haqqında düşünəndə Kəpəz dağı, yaylaqlarımız, biçənəklərimiz, məscidlərimiz gözümün qarşısına gəlir. Kəndimizin buz bulaqları da var idi: Quş bulağı, Həşim bəy bulağı, Göy bulağın adlarını çəkə bilərəm.

Gorus rayonunun Ağqulaq, Şamsız, Qurdqulaq kəndləri var idi ki, o kəndlərdə erməni yaşamırdı. Ancaq Şahverdilər kəndində azərbaycanlılarla ermənilər birlikdə yaşayırdılar. Ermənilər həmin kəndə yaxınlıqdakı Xot kəndindən gəlmişdilər. 

1948-1953-cü illərdə bizim qonşu kəndlər köçürülüb. Şamsız kəndinin sakinləri Yevlaxın Malbinəsi kəndinə, Şahverdilər kəndinin sakinləri isə Hürüuşağı kəndinə köçürülüblər. Amma 1953-cü ildən sonra yenidən öz geri qayıdıblarlar.

Ancaq bizim olduğumuz Şurnuxu kəndinin sakinləri çıxmamışdılar. Əvvəl Ağdam tərəflərə gediblər, ancaq orada su çatışmazlığını görüb geri qayıdıblar”. 


Şakir Həsənov vurğulayıb ki, ermənilər Gurusa başqa bölgələrdən köçüb gəlmişdilər:

“Gorusda yaşyan ermənilər deyirdilər ki, İrandan, Suriyadan, Livandan gəlmədirlər. Yəni ermənilər Gorusda əvvəlcə yox deyiləcək qədər az olublar. Ata-babalarımız danışanda eşitmişdik ki, Köhnə Gorus deyilən ərazi var idi ki, erməni orada sənətkarlar yaşayırdılar.
Babalarımız danışırdı ki, biz o vaxtı Qarabağ  xanlığına tabe olmuşuq. Sonradan isə Gəncə quberniyasına. Hətta xanlıq dövründə bizim kənddən vergi alınırdı. Həmin vaxt kənddə Mərxan adlı qadın xanlıqdan sənəd almışdı ki, vergi verməsin. Beləliklə, bizim kənd dağlıq yer olduğuna görə vergidən azad olunmuşdu”.


1980-ci illərdə Şurnuxu kəndində toy

Whatsapp
Bizə yazın!
Keçid et
Pezeşkianla Paşinyan yan-yana - İrəvanda Azərbaycan rəqsi oynadılar