Modern.az

“Təbrizin sehrli nağılları”nın müəllifi niyə ölüb - SƏBƏB

“Təbrizin sehrli nağılları”nın müəllifi niyə ölüb - SƏBƏB

Hadisə

29 Avqust 2022, 13:26

Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, “Təbrizin sehrli nağılları” kitabının müəllifi Cəmilə Həsənzadənin ölüm səbəbi məlum olub.

 

Mərhumun yaxınları Modern.az-a bildiriblər ki, C.Həsənzadə xəstəlikdən dünyasını dəyişib.

 

Belə ki, professor avqustun 5-də insult keçirib. Daha sonra onun səhhəti kəskin pisləşib, həkimlərin səylərinə baxmayaraq, C.Həsənzadənin həyatını xilas etmək mümkün olmayıb.

 

Cəmilə Həsənzadə 1947-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1973-cü ildə Leninqrad Rəssamlıq Akademiyasının nəzdində İ.Repin adına İnstitutun sənətşünaslıq fakültəsini bitirib. O, İncəsənət və Mədəniyyət Universitetində və İncəsənət gimnaziyasında dərs deyirdi.

 

Qeyd edək ki, “Təbrizin sehrli nağılları” kitabı İsrail və İran arasında diplomatik gərginliyə səbəb olmuşdu.

 

Elmar Hüseynov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi