Modern.az

“Qarabağ” “Nant”ı darmadağın etdi - YENİLƏNİB

“Qarabağ” “Nant”ı darmadağın etdi - YENİLƏNİB

Aktual

15 Sentyabr 2022, 22:36

Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb.

 

Modern.az xəbər verir ki, G qrupunda yer alan komandamız Fransanın “Nant” klubunu qəbul edib. Görüş Azərbaycan çempionunun 3:0 hesablı qələbəsilə yekunlaşıb. 

 

"Qarabağ"ın heyətində Kvabena Ovusu, Abdullah Zubir və Marko Yankoviç fərqləniblər.

 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçı Enea Yorqyinin başçılıq etdiyi albaniyalı hakimlər briqadası idarə edib.

 

***

UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində keçirilən “Qarabağ” – “Nant” oyununda hesab açılıb.

 

Modern.az xəbər verir ki, "Qarabağ" klubunun hücumçusu Ovusu Kvabena 59-cu dəqiqədə matçda ilk qola imza atıb.

 

Cəmi 5 dəqiqə sonra Abdullah Zubir hesab arasında fərqi artırıb. Marko Yankoviç 71-ci dəqiqədə "Qarabağ"ın üçüncü qolunu vurub.

 

***

Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu başlayıb.

 

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:45-də start götürüb.

 

Görüşü Enea Yorqyinin başçılıq etdiyi albaniyalı hakimlər briqadası idarə edir.

 

G qrupunun digər matçında "Olimpiakos" "Frayburq"u qəbul edir. "Nant" ilk turda Yunanıstan "Olimpiakos"unu məğlub edib - 2:1. "Qarabağ" isə Almaniyada "Frayburq"a eyni hesabla uduzub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!