Modern.az

3 futbolçu Qazaxıstanla oyunda olmayacaq

3 futbolçu Qazaxıstanla oyunda olmayacaq

Aktual

25 Sentyabr 2022, 09:37

Azərbaycan yığmasının iki futbolçusu bu gün Qazaxıstana qarşı UEFA Millətlər Liqasının VI tur matçı üçün heyətdən kənarlaşdırılıb.

 

Modern.az-ın xəbərinə görə, baş məşqçi Canni De Byazi oyunçulardan ikisini iştirak ərizəsinə daxil etməyib.

 

Bunlar "Sabah" klubundan Amin Seydiyev və "Zirə"dən Qismət Alıyevdir. Alıyev V turda səfərdə Slovakiyaya 2:1 hesabı ilə qalib gəldikləri görüşdə də "23-lük"dən kənarda qalmışdı. Bundan əlavə, cəzalı durumda olan Riçard Almeyda da iştirak ərizəsində yer almayıb.

 

Qeyd edək ki, bu gün "Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi