Modern.az

Müəllim dərs zamanı dünyasını dəyişdi - FOTO

Müəllim dərs zamanı dünyasını dəyişdi - FOTO

18 Oktyabr 2022, 15:36

Sumqayıtda müəllim dərs zamanı vəfat edib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbində baş verib.

 

Belə ki, məktəbin rus bölməsinin Azərbaycan dili müəllimi 1959-cu il təvəllüdlü Camalov Şaiq Cəbrayıl oğlu bu gün səhər saatlarında ürəktutmasından məktəbdə vəfat edib.

 

Müəllim dərs prosesi zamanı özünü pis hiss etdiyindən sinifdən çıxıb və qəfil dünyasını dəyişib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama