Modern.az

Həkəri çayına balıq körpələri buraxılıb

Həkəri çayına balıq körpələri buraxılıb

Aktual

5 Noyabr 2022, 09:24

Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına töhfə vermək məqsədilə Həkəri çayının Zəngilan rayonu ərazisindən keçən hissəsinə 200 000 çəkikimi balıq körpəsi buraxılıb.

 

Modern.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

 

“Ölkənin təbii su hövzələrinin zənginləşdirilməsi, biomüxtəlifliyin qorunması və su bioresurslarının bərpasına kömək məqsədilə bütün balıq yetişdirən müəssisələri balıq körpələrinin su hövzələrinə buraxılması aksiyalarında yaxından iştirak etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına bizimlə birgə töhfə verməyə çağırırıq”.

 

F.Əliyev təbii su hövzələrinə balıq buraxılışı tədbirlərinin noyabrın sonunadək davam edəcəyini qeyd edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok