Modern.az

“Yüksəliş” müsabiqəsinə qeydiyyat nə vaxt başlayacaq?

“Yüksəliş” müsabiqəsinə qeydiyyat nə vaxt başlayacaq?

Aktual

20 Dekabr 2022, 17:57

2023-cü ildə növbəti “Yüksəliş” müsabiqəsi keçiriləcək.

 

Modern.az xəbər verir ki, müsabiqəyə qeydiyyat tarixi və qeydiyyat prosesi yaxın zamanda ictimaiyyətə açıqlanacaq. Bu, sayca 3-cü müsabiqə olacaq.

 

Qeyd edək ki, 2019-2021-ci illərdə keçirilmiş ilk müsabiqədə 27, 2022-ci ildə keçirilən ikinci müsabiqədə isə 22 nəfər qalib olub. Qaliblərin adı kadr ehtiyatı bankına daxil edilməklə yanaşı, onlar idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min AZN məbləğində özünüinkişaf mükafatı əldə edib.

 

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu