Modern.az

Səfirliyə qorxaqcasına hücuma görə həmrəyliyimizi bildiririk - İtaliya XİN 

Səfirliyə qorxaqcasına hücuma görə həmrəyliyimizi bildiririk - İtaliya XİN 

Aktual

28 Yanvar 2023, 21:22

“Azərbaycanın Tehrandakı səfirliyinə qorxaqcasına hücuma görə həmrəyliyimizi bildiririk".

 

Modern.az xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi tviter hesabında bildirib.

 

"Həlak olanın ailəsinə başsağlığı verir və yaralıların tezliklə şəfa tapmasını diləyirik”, - paylaşımda deyilir.

 

Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu oldu. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu