Modern.az

Naftalana xarici turistlərin marağı ildən ilə artır

Naftalana xarici turistlərin marağı ildən ilə artır

Aktual

3 Fevral 2023, 12:08

Bu gün beynəlxalq turizm mərkəzi olan Naftalana gələn yerli və xarici turistlərin sayı ildən ilə artır. Azərbaycanda tibbi turizm sahəsində öz sözünü demiş Naftalanda fəaliyyət göstərən hotel və müalicə mərkəzlərinə gələn turistlərin sayında 2022-ci ildə də artım müşahidə olunub.

 

Ötən il Naftalanda 40 minə yaxın turist müalicə alıb, istirahət edib. Bunlardanda yeddi mindən çoxu 42 ölkədən olan xarici turistlərdir. Bu paytaxtdan sonra bölgələrə üz tutan xarici turistlərin coğrafiyasına görə ən yüksək göstəricidir. Hotel və Müalicə Mərkəzlərində ilk sıralarda MDB məkanından olan ölkələrin vətəndaşları həmçinin İsrail, Səudiyyə Ərəbistanı, Türkiyə, Amerika Birləşmiş Ştatları, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Almaniyadan gələnlər üstünlük təşkil edib. Naftalanda müalicə alıb istirahət edənlərin sayının artmasına təsir göstərən amillərdən biri də əvvəlki illərdə burada müalicə olunan turistlərin yenidən bu şəfa ocağını seçmələridir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar