Modern.az

Kahramanmaraşda elektrik, su və qaz yoxdur - Türkiyəli jurnalist

Kahramanmaraşda elektrik, su və qaz yoxdur - Türkiyəli jurnalist

8 Fevral 2023, 12:12

Zəlzələ Kahramanmaraşa ciddi ziyan vurub. Ölü sayı getdikcə artır.

 

Bunu Modern.az-a açıqlamasında Beynəlxalq Jurnalistlər Şurasının Kahramanmaraş üzrə nümayəndəsi Bekir Doğan deyib.

 

“Kahramanmaraşın mərkəzində 2000-dən artıq bina uçub. Axtarış-xilasetmə işləri sıra ilə aparılır. Vəziyyət olduqca gərgindir. Fəsadları aradan qaldırmaq üçün əhali özü də əlindən gələni edir. Xilasetmə işləri zamanı xeyli cəsəd dağıntılar altından çıxarılıb. Çökən hər binada yalnız bir nəfər həyatını itirsə, bu, minimum 2000 nəfərin ölümü deməkdir. Digər yandan internet doğru-düzgün işləmir. Elektrik, su və təbii qaz yoxdur. Bir sözlə vəziyyət gərgindir”.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Təbii fəlakət zamanı ölənlərin sayı 6957 nəfərə çatıb. Son məlumatlara görə, yaralı sayı 38 224 nəfərdir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı