May ayının ilk günü Azərbaycan və Ermənistan XİN başçılarının Vaqşinqtonda görüşü, Cəbrayılda çobanın minaya düşməsi nəticəsində həlak olması, bir sıra rayonları su basması və digər mövzular gündəmdə olub.
Modern.az oxucuların marağını nəzərə alaraq, ötən günün icmalını təqdim edir:
Dünən Vaşinqtonda ABŞ dövlət katibinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında danışıqlar başlayıb. Blinken əvvəlcə Mirzoyan, sonra Ceyhun Bayramovla görüşüb, ardınca üçtərəfli görüş keçirilib. Görüşlər zamanı regionda təhlükəsizlik vəziyyəti, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı məsələlər müzakirə olunub. Daha sonra Ermənistan və Azərbaycan XİN başçılarının ikitərəfli görüşü başlayıb. Görüşlərin bir neçə gün davam edəcəyi bildirilir.
Blinken görüşlə bağlı ilk açıqlamasında deyib ki, dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardır. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə isə özünün "Twitter" səhifəsində yazıb ki, Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyü və suverenliyə əsaslanan sülhün vaxtı çatıb.
Ötən gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində atlı çoban tank əleyhinə minaya düşərək həlak olub. Ümumilikdə, Vətən Müharibəsindən sonra 55 nəfər ermənilərin basdırdığı minaya düşərək həyatını itirib.
Ölkənin bəzi ərazilərinə güclü yağış yağması və dolu düşməsi bir sıra fəsadlara səbəb olub. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, həmçinin ərazini tərk etməkdə çətinlik çəkən şəxslərin təxliyəsi həyata keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda referendumun uğurla keçirilməsi münasibətilə Prezident Şavkat Mirziyoyevi təbrik edib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə hərbçilərin qəzada həlak olması ilə əlaqədar başsağlığı mesajı ünvanlayıb.
Özbəkistanda bazar günü keçirilən referendumun ilkin nəticələri açıqlanıb. İlkin məlumatlara görə, yenilənmiş Konstitusiyaya 15 milyondan çox vətəndaş və ya səsvermədə iştirak edənlərin 90.21 faizi səs verib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İŞİD terror təşkilatının lideri Əbu Hüseyn əl-Qureyşinin Suriyada məhv edildiyini açıqlayıb. Ərdoğan yerli telekanallara müsahibəsində İŞİD liderinin öldürülməsi ilə bağlı xəbəri ictimailəşdirsə də, əməliyyatın detallarını açıqlamayıb. "Reuters" agentliyinin məlumatına görə, Suriyanın yerli və təhlükəsizlik mənbələri əməliyyatın ölkənin şimalında yerləşən Cinderes qəsəbəsində keçirildiyini bildirib. Həmin qəsəbə Suriyada Türkiyənin dəstəklədiyi silahlıların (Suriya Milli Ordusu) nəzarəti altında olan bölgədə yerləşir və fevralın 6-da baş verən zəlzələ zamanı ən çox zərər görən ərazilərdən biri olub.
Moldovanın Qaqauziya muxtariyyətinin Mərkəzi Seçki Komissiyası başqan seçkilərinin nəticələrini açıqlayıb. İlkin məlumata görə, ən yüksək səsi Moldova Sosialistlər Partiyasından Qriqori Uzun toplayıb, ikinci yerdə “Şor” partiyasının namizədi Yevgeni Qutsul qərarlaşıb. Qutsul 14 890, Uzun 14 849 səs qazanıb.
Türkiyənin yerli istehsal döyüş təyyarəsinin adı açıqlanıb. Ərdoğan milli döyüş təyyarəsinin "Kaan" adlandırıldığını bildirib.
Fransada ötən gün qalmaqallı pensiya islahatları ilə bağlı qanun layihəsinə qarşı etiraz aksiyaları keçirilib. Qanun layihəsi artıq qəbul edilsə də, etirazlar davam edir. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, nümayişlərdə 782 minə yaxın insan iştirak edib. Təkcə Parisdə 112 min şəxs küçələrə çıxıb. Milli həmkarlar ittifaqı isə ölkə üzrə nümayişlərdə 2,3 milyon, Parisdə isə 550 min nəfərin iştirak etdiyini bildirib.
Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz:
Çin liderinin Zelenskiyə zəngi nəyi dəyişəcək? - ŞƏRH
Ən yaxşı müəllimlər hansı universitetlərdə ÇALIŞIR...
Havanın çirklənməsi ürək ritmini pozur - ARAŞDIRMA
Sabiq baş nazir dövlətə 15 min dollar ödəməlidir - SƏBƏB
Dəyən ziyanı hesablamaq çətindir - Su basan kənddə son vəziyyət
Türkiyə ilə sərhədin açılması Ermənistana nə verəcək? - Nazirlik açıqladı
Daha bir partiya "Millət İttifaqı"nı dəstəklədi
Hər 4 nəfərdən biri işsiz qalacaq - Təhlükəli PROQNOZ
Rəşad Dağlı özünü qismən təqsirli bilir
Ermənilər Qarabağa hansı pasportla GƏLİB-GEDİRLƏR...
Fransa gərginlik yaradaraq sülhə mane olur - İşçi qrupunun rəhbəri
3-4 günlük narahatlığa görə “Formula”dan imtina etmək olmaz - DEPUTATLAR
Avropanın Azərbaycana ehtiyacı var - Rəqəmlər bunu deyir...
Xankəndidə sülhməramlılara qarşı ETİRAZ AKSİYASI: “Ruslar bizi satdı”
ABŞ Bakı ilə İrəvanı barışdıra biləcəkmi? - 22 il sonra...
Ermənilərin sərhəd məntəqəsindən keçidi təmin olunur - FOTOLAR
İŞİD lideri özünü partladıb - Əməliyyatın TƏFƏRRÜATI
İlham Əliyevə min dəfə təşəkkür edirik - Türkiyəli deputatlar
“Qırmızı Xaç” 2300-dən çox ermənini Qarabağa GƏTİRİB