Modern.az

Blinken Mirzoyanla görüş keçirib - YENİLƏNİB

Blinken Mirzoyanla görüş keçirib - YENİLƏNİB

Dünya

1 May 2023, 17:10

Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken arasında görüş keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

Bildirilib ki, tərəflər regiondakı son vəziyyəti, eləcə də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi müzakirə ediblər.

 

Qeyd edək ki, bu gün Blinkenin Azərbaycan XİN başçısı Ceyhun Bayramovla da görüşü keçiriləcək. Sonra üçtərəfli formatda görüşün baş tutması nəzərdə tutulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!