Modern.az

Blinkendən üçtərəfli görüşlə bağlı PAYLAŞIM 

Blinkendən üçtərəfli görüşlə bağlı PAYLAŞIM 

Aktual

2 May 2023, 00:16

ABŞ dövlət katib Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşü barədə paylaşım edib.

 

Modern.az xəbər verir ki, o, özünün "Twitter" səhifəsində görüşlər zamanı sülhdən danışıldığını bildirib.

 

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə Milli Xarici Əlaqələr Tədris Mərkəzində görüş keçirdik. Dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardır", - deyə paylaşımda vurğulanıb.

 

Qeyd edək ki, bu gün Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et