Modern.az

Kritik görüş, Paşinyan təxribata əl atdı, deputatlar dalaşdı - Modern.az-ın icmalı

Kritik görüş, Paşinyan təxribata əl atdı, deputatlar dalaşdı - Modern.az-ın icmalı

Aktual

5 May 2023, 10:02

Mayın 4-də Prezident İlham Əliyevin Laçın, Qubadlı, Zəngilan və Cəbrayıla səfəri, Vaşinqton görüşlərinin başa çatması, Ankarada Ukrayna və Rusiya deputaları arasında dava düşməsi və digər mövzular gündəmdə olub.

 

Modern.az oxucuların marağını nəzərə alaraq, ötən günün icmalını təqdim edir:

 

Prezident İlham Əliyev mayın 4-də Laçın və Qubadlı rayonlarına səfər edib. Dövlətimizin başçısı Laçın rayonunda Güləbird kənd yaşayış məntəqəsinin, Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu Zilanlı kəndlərinin təməllərini qoyub.

 

İlham Əliyev daha sonra Zəngilan rayonuna səfər edib. Dövlət başçısı Zəngilan şəhərində Konqres Mərkəzinin tikintisi ilə tanış olub, inzibati binanın təməlini qoyub, “Azərenerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub, otel kompleksinin, 91 çarpayılıq Zəngilan Rayon Mərkəzi Xəstəxanasının və Cahangirbəyli kəndinin təməlini qoyub.

 

Prezident, həmçinin Cəbrayıl rayonuna səfər edib. Dövlətimizin başçısı Xudafərin qəsəbəsinin təməlini qoyub, “Azərenerji” ASC-nin “Cəbrayıl” enerji qovşağının açılışında iştirak edib, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin tikintisi ilə tanış olub, “Holcim Azərbaycan” ASC-nin, “Az-Tex-Import” MMC-nin, “İmprotex Qarabağ Sənaye Kompleksi” MMC-nin, Şükürbəyli kəndinin təməlini qoyub, Cəbrayıl şəhərində Akademik Mehdi Mehdizadə adına 960 şagird yerlik orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış olub, Horovlu kəndinin təməlini qoyub.

 

ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar başa çatıb. Qeyd olunur ki, ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan və onları müşayiət edən nümayəndə heyətinin üzvləri aparılan danışıqlar nəticəsində Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər.

 

Azərbaycan Respublikasının dövlət sərhədində buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısına dəyişiklik edilib. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərarla Laçın dövlət sərhədindən buraxılış məntəqəsi (Laçın rayonu (Malxələf kəndinin yaxınlığı), Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında) siyahıya daxil edilib.

 

Mayın 4-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik Aleksandr Lentsovu qəbul edib. Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti müzakirə olunub.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Anar Hacızadə iştirak edib. İclas zamanı 2 məsələ müzakirə olunub.

 

"Ermənistanın baş naziri Nikol Paşinyanın 4 may tarixində Çex Respublikasının baş naziri ilə birgə mətbuat konfransında çıxışı zamanı ölkəmizin Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi təsis etməsi, habelə guya Azərbaycanın Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməsi, Qarabağ bölgəsində humanitar böhran yaratdığı ilə bağlı dəfələrlə səsləndirdiyi cəfəng iddiaları qətiyyətlə rədd edirik", - Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistanın baş naziri Nikol Paşinyanın Çex Respublikasında mətbuat konfransı zamanı səsləndirdiyi iddialarla bağlı şərhində bildirilib. Qeyd edilib ki, Ermənistan tərəfinin sülh sazişi üzrə danışıqların davam etdiyi bir vaxtda bu kimi bəyanatlarla çıxış etməsi sülhə xidmət etmir

 

Ermənistan Nazirlər Kabinetinin binası yaxınlığında etiraz aksiyası keçirilib. Aksiyada iştirak edən şəxslər hökumətin Qarabağla bağlı siyasətindən, Bakı və Ankara ilə münasibətlərin normallaşması prosesindən narazılığını bildiriblər. Etirazçılar hökumət rəsmilərinin, xüsusən də baş nazir Nikol Paşinyan və onun həyat yoldaşının fotoşəkillərinin üzərinə qırmızı boya töküblər.

 

Ukrayna prezidenti Volodimir Zelenski Niderlandın Haaqa şəhərinə gedib. O, Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinə baş çəkib və burada çıxış edib. Eyni zamanda Niderland kralı ilə görüşüb.

 

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Ermənistan parlamentinin spikeri Alen Simonyan ilə görüşüb. "Regional sülh və sabitlik bütün ölkələrin ehtiyacıdır. Ona görə də əlaqələri inkişaf etdirmək üçün ölkələrimiz arasında dialoq qurmalıyıq", - deyə spiker qeyd edib.

 

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək. Bu barədə Paşinyan Praqada çıxışı zamanı bildirib. Onun sözlərinə görə, səfər gələn həftə baş tutacaq. "Gələn həftə Moskvaya gedəcəm", - Paşinyan deyib. Lakin baş nazir səfərin gündəliyi barədə açıqlama verməyib.

 

Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya kralı III Çarlzın tacqoyma mərasimində iştirak etmək məqsədilə mayın 4-də bu ölkəyə işgüzar səfərə gedib.

 

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Kremlə hücumda ABŞ-ın əli olduğunu bildirib.

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çin XİN başçısı Qin Qanq ilə görüşüb. Görüş hər iki nazirin səfərdə olduğu Hindistanda baş tutub. Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Rusiyanın Kremlə PUA hücumunun arxasında ABŞ-ın dayanmasına dair iddiaları tamamilə yalandır.


Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz: 

Vaşinqtonda Qazaxın 7 kəndi və Kərki də müzakirə olunub

Ermənistan sülhə hazır deyil? - Şuşadan gələn xəbərə reaksiyalar

“Bayraktar”dan sonra “Dəmir yumruq” PUA-sı gəlir - Hərbi sahədə inqilab

“Tərtər işi”ndə daha 4 nəfərin məhkəməsi BAŞLAYIR

Məktəblərdəki idman zalları bağlanacaq? - RƏSMİ

Lavrovun müavini sülh üçün Bakıya 4 istiqamət göstərdi

Dünya dollardan imtina edir – Bəs Azərbaycan? 

Yoxlamalar niyə uzun çəkir? – Səbəb açıqlandı

Valideynlərim deyir ki, bu yağ ağ saçları qaraldır - Deputat

Bakı ilə İrəvan razılaşmasa, ABŞ “ağır artilleriya”nı işə salacaq

Bu il “Şahdəniz”ə çəkilən xərcin MƏBLƏĞİ

Güllələnən deputat Prezidentin İranla bağlı çıxışını DƏSTƏKLƏDİ

“Trendyol” azərbaycanlılar üçün daha əlçatan oldu - Qiymətlər isə…

Fəridin ölümündə ittiham olunan məşqçi özünü təqsirli bilmir

Ceyhun Bayramov Vaşinqtonda Mirzoyana hansı təklifləri verib…

İdman edək, ya etməyək? - Məşhur idmançılardan REAKSİYA

Tanınmış aktyordan sərt sözlər: İtə də dəyər verirsiniz...

Fəridin videosunu ürək ağrısı ilə izlədim – Emin Əmrullayev

Kremllə yox, Qərblə münasibətlər prioritet olacaq - Kılıçdaroğlu

Hacı Şahinin tərəfdarlarına ÇAĞIRIŞ - Yeni təyinatla bağlı

Bakıda narkotik istifadə etdiyi deyilən azyaşlının VİDEOSU

Ankarada rus və ukraynalı deputatlar arasında dava - VİDEO+FOTO

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var