Modern.az

Türkiyənin Zəngəzur tələbi, bu gedişlə müharibə qaçılmazdır – Modern.az-ın icmalı

Türkiyənin Zəngəzur tələbi, bu gedişlə müharibə qaçılmazdır – Modern.az-ın icmalı

Aktual

20 İyun 2023, 09:28

İyunun 19-u OPEC Baş katibinin Azərbaycana səfəri, daha 15 ailənin Laçına köçməsi, 2023-cü il büdəcinə dəyişikliklərin təsdiq edilməsi, Naxçıvanın atəşə tutulması və digər mövzular gündəmdə olub.

 

Modern.az oxucuların marağını nəzərə alaraq, ötən günün icmalını təqdim edir:

 

Dünən növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 15 ailə - 48 nəfərin köçürülməsi baş tutub.

 

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays iyunun 18-də Azərbaycana səfər edib. O, Bakıda Prezident İlham Əliyevlə görüşüb. Danışıqlar zamanı qlobal neft bazarında OPEC+ formatında fəaliyyətin roluna toxunulub, indiyədək bazarda sabitliyin əldə edilməsinin məhz bu formatda həyata keçirilən fəaliyyət nəticəsində mümkün olduğu xüsusi qeyd edilib.

 

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında" Qanunu təsdiqləyib. Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası gəlirlər 30 679 646,4 min manat, xərclər 32 064 568,0 min manat məbləğində olmaqla təsdiq edilib. Prezident, həmçinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanunu təsdiq edib.

 

Avropa Parlamentinin deputatları Azərbaycanla sərhəddə təhlükəsizlik vəziyyətini qiymətləndirmək üçün Ermənistana səfər edəcəklər. Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

 

Biləsuvarda əvvəllər polis orqanında xidmət edən 1983-cü il təvəllüdlü Bayram Oruc oğlu Bayramov kəsici alətlə qətlə yetirilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1971-ci il təvəllüdlü Fəxrəddin Əli oğlu Həsənov polis əməkdaşlarının keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Mərdəkan qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 kilometr aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. 1961-ci il təvəllüdlü Firudin Zeynalov Astara rayonun Pensər kəndindəki mağazalardan birinin həyətində diskli kəsici alətlə ("laqonda") işləyərkən val yerindən çıxaraq sifət nahiyəsini kəsib və nəticəsində o, aldığı xəsarətlərdən dünyasını dəyişib.

 

​Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş əsgər Əzizov Fərid Əbülfəz oğlu özünü güllələyib. Hadisə ilə əlaqədar cinayət işi açılıb. 2023-cü ilin hazırlıq planına uyğun olaraq, Raket və Artilleriya Qoşunlarının bölmələrində atəş tapşırıqları icra edilib.

 

Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndində kütləvi məzarlıq aşkar edilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aşkar edilən məzarlıqda dörd insanın qalığının olması ehtimal edilir.

 

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Bolt" şirkətinin prezidenti Yevgeni Kabanov ilə onlayn görüş keçirib. “Bakı şəhərinin taksi bazarında mövcud problemləri və sektorun tənzimlənməsi ilə bağlı planlarımızı müzakirə etdik”, - deyə məlumatda bildirilib.

 

Xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığa işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Azərbaycan Respublikası ilə Birləşmiş Krallıq arasında strateji dialoqda, eləcə də Ukrayna Bərpa Konfransında iştirakı nəzərdə tutulub. Nazirin bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşləri, beyin mərkəzlərində çıxışları planlaşdırılır.

 

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin Azərbaycan və Naxçıvanı birləşdirəcəyini, Türkiyə ilə yeni nəqliyyat əlaqəsini təmin edəcəyini bildirib. “Zəngəzur dəhlizi gələcəkdə Cənubi Qafqazda iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanlar verəcək. Zəngəzur dəhlizinin fəaliyyət göstərməsi ilə orta dəhlizin dəmir yolu və avtomobil yolu ilə yükdaşıma qabiliyyəti artacaq ki, bu da Pekindən Londona Şərq-Qərb ticarətinin artmasına müsbət töhfə verəcək", - o qeyd edib.

 

Türkiyədə dünən gün ərzində gücü 4 baldan çox olan 7 zəlzələ qeydə alınıb. Dağıntılar və tələfat olmayıb. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasında (AKP) sədr müavini təyin edilib. Partiyanın xarici əlaqələr üzrə sədr köməkçisi Efkan Ala sədr müavini təyin olunub. Xarici Əlaqələr üzrə sədr köməkçisi vəzifəsinə Zəfər Sırakaya, İnsan Hüquqları üzrə sədr köməkçisi vəzifəsinə isə Mehmet Ali Zengin gətirilib.

 

Ukraynanın birinci xanımı Yelena Zelenskaya İsrailə səfər edib. Səfər İsrail prezidentinin xanımı Mixal Hersoqun dəvəti ilə baş tutub. O, İsraildə prezident İsxak Hersoq və xanımı ilə görüşüb. Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak deyib ki, Rusiya ilə danışıqlar məğlubiyyət deməkdir. O, həmçinin bildirib ki, Ukrayna Rusiya ilə danışıqlara başlamayacaq, çünki Moskva bununla növbəti hücuma hazırlaşa bilər. 

 

Dünən Çin lideri Si Tsinpin və ABŞ-ın dövlət katibi Antoni Blinken arasında görüş keçirilib. Görüş Blinkenin Çinə səfəri çərçivəsində paytaxt Pekində baş tutub. Blinken deyib ki, ABŞ Tayvanla bağlı fikir ayrılıqlarının sülh yolu ilə həllinə ümid edir: "Çində keçirilən görüşlərdə ABŞ-ın Çinin Tayvan boğazındakı hərəkətləri ilə bağlı narahatlığı məsələsi gündəmə gətirildi. ABŞ və Çin ikitərəfli münasibətlərin sabitləşdirilməsinin zəruriliyi barədə razılığa gəliblər". Blinken qeyd edib ki, ABŞ Tayvan məsələsində “vahid Çin” prinsipini dəstəkləyir və “status-kvo”da istənilən dəyişikliyə qarşıdır.

 

Almaniya kansleri Olaf Şolts isə Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin uzun müddət davam edə biləcəyini istisna etməyib. NATO-nun baş katibi Yens Stoltenberq Şimali Atlantika Alyansının silah ehtiyatının azaldığını bildirib. Onun sözlərinə görə, silah və sursat çatışmazlığı tezliklə alyansa üzv ölkələrin birgə səyləri ilə doldurulmalıdır

 

Moldova Konstitusiya Məhkəməsi Rusiyayönümlü Şor Partiyasını qeyri-qanuni elan edib. Hökumət sübut edib ki, partiya etirazlardan ölkəni destabilizasiya etmək üçün istifadə edib. Eləcə də Şor Partiyasının konstitusion prinsipləri pozduğu sübuta yetirilib.

 

Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz: 

 

Məşhur iqtisadçı AXCP-dən istefa verdi

Ən çox hansı filmlərə təlabat var - Maraqlı faktlar

Ziya Bünyadov Naxçıvana niyə getmişdi? - Heydər Əliyevlə görüşün TARİXÇƏSİ

Ukraynanın əks-hücumu: Ordu addım-addım irəliləyir - SON VƏZİYYƏT

Hamı anlayır ki, sülhə alternativ yoxdur - Overçuk

Türkiyə Ərdoğan kimi lideri olduğu üçün xoşbəxt ölkədir - Qusman

Düşmən atəş açarkən biz silahsız idik - Laçında yaralanan hərbçimiz

İntim videoları ilə gündəmə gələn polkovnikdən XƏBƏR VAR

Sertifikasiya imtahanı elə də çətin deyil – Ötən ilin rekordçuları

Ərəb şeyxi tapsam, səhnədən gedəcəyəm - Röya Ayxan

Hər uşaqlı ailəyə 500 manat veriləcək? - RƏSMİ AÇIQLAMA

Erməni təxribatlarının arxasında ABŞ dayanır - Rusiyadan ŞOK İDDİA

Yaşı 60-ı keçən müəllimlər imtahana buraxılmayacaq - RƏSMİ

Jurnalistlər mətbuat xidmətlərinin işindən razıdırmı? - SORĞU

Azərbaycanda turizmin inkişafına NƏ MANE OLUR...

Qələm dostlarının Zülfüqar Hüseynzadə ilə bağlı XATİRƏLƏRİ

AMEA-da saxtakarlıq halları baş alıb gedir - Professordan ittiham

Jurnalistlər də MİDA-dan ev ala biləcək - ŞƏRTLƏR

Rusiya səfirinin Ankarada öldürülməsinin yeni TƏFƏRRÜATLARI

Taksi qiymətləri: bizdə və digər ölkələrdə - Harada daha ucuzdur?

Azərbaycandakı qeyri-müsəlman dini icmalarının SAYI

Son günlər şəkər tozu tapılmır - QITLIĞIN SƏBƏBİ NƏDİR?

Qarasuçayda suyun səviyyəsi 1 metr 25 sm artıb

De Byazi də bacarmadı: Azərbaycan futbolu NİYƏ “DİRİLMİR”?

Yunanıstan sahillərində qayıq batdı, 300 pakistanlı öldü - MATƏM

Ermənistan Rusiyanın orbitindən çıxmaq istəyir - ŞƏRH

Xaricdə təhsil alan həkimlərlə bağlı vacib QƏRAR

“Şahdağ Turizm Mərkəzi” ziyana işləyir - HESABAT

Azərbaycan-Rusiya sərhəd-sipər əməliyyatı keçirilir

Qandonduran hadisə: 4 nəfəri öldürüb soyuducuda gizlətdi

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?