Modern.az

Namizədlərin seçki şüarları - SİYAHI

Namizədlərin seçki şüarları - SİYAHI

Aktual

15 Yanvar 2024, 15:42

Bu gündən növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılıb. 

 

Modern.az xəbər verir ki, prezidentliyə namizədliyi təsdiq edilən şəxslər artıq seçki şüarlarını müəyyən ediblər.

 

Seçki məntəqələrinin qarşısında ayrılmış xüsusi lövhələrdə namizədlərlə bağlı məlumatlar yerləşdirilir.

 

Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev – “Qalib xalqın qalib lideri!”;

 

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc – “Ən böyük sərvət insandır!”;

 

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev – “Sosial ədalət, sosial demokratiya”;

 

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa - “Dayağımız: yeniləşən, çalışqan insan! Hədəfimiz: rifat dövləti Azərbaycan!”;

 

Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev -“Hər şey qalib xalqımız üçün! Biz yeniliyi seçdik!”;

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev - “Ədalət, hüquq, demokratiya”;

 

Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev - “Varlı vətəndaş, varlı ölkə!”.

 

Yanvarın 15-dən start götürən proses fevralın 6-sı saat 8:00-da dayandırılacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək