Modern.az

Baş Qərargah rəisi təlimləri izlədi - FOTOLAR

Baş Qərargah rəisi təlimləri izlədi - FOTOLAR

17 May 2024, 14:32

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev artilleriya bölmələri ilə keçirilən nümayiş döyüş atışlı taktiki təlimi izləyib.

 

Modern.az MN-ə istinadən xəbər verir ki, Baş Qərargah rəisi səhra məntəqəsinə gələrək tapşırıqların icrası zamanı komandir və qərargah zabitlərinin xəritə üzərində qəbul edilən qərarlara dair məruzələrini dinləyib.
Bildirilib ki, həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr atəş mövqelərinin tutulması, döyüş texnikası və artilleriya qurğularının döyüş vəziyyətinə gətirilməsi üzrə fəaliyyətləri məşq ediblər.

 

Qeyd olunub ki, praktiki atışların icrası zamanı təyin edilmiş hədəflər yüksək dəqiqliklə məhv edilib.
General-polkovnik K.Vəliyev təlimin gedişatını müsbət qiymətləndirib, bölmələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, hərbi qulluqçuların praktiki vərdişlərinin inkişaf etdirilməsi məqsədilə keçirilən təlim və məşqlərin intensivliyinin, keyfiyyətinin daha da artırılması ilə bağlı aidiyyəti şəxslərə tapşırıqlar verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri