Modern.az

182 nömrəli məktəbdə 3 gündür işıq yoxdur

182 nömrəli məktəbdə 3 gündür işıq yoxdur

Aktual

16 Oktyabr 2024, 11:36

Bakının Binəqədi rayonunda yerləşən 182 nömrəli tam orta məktəbə elektrik enerjisinin verilməsində yaranmış fasilə ilə bağlı aidiyyəti üzrə müvafiq qurumlara müraciət olunub.

Modern.az xəbər verir ki, bu barədə "Report"-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, məsələnin qısa zamanda həll edilməsi üçün zəruri tədbirlər həyata keçirilir:

"Məktəbdə tədris prosesi davam edir".

Məlumat üçün bildirək ki, məktəbdə övladı təhsil alan valideynlər təhsil müəssisəsində üç gündür elektrik enerjisinin olmaması ilə bağlı müraciət edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranda partlayış səsləri - Xameneinin yaxın adamı ÖLDÜRÜLDÜ