Modern.az

Tanınmış hakim vəfat etdi

Tanınmış hakim vəfat etdi

Allah rəhmət eləsi̇n

14 Avqust 2024, 10:46

Azərbaycanda tanınmış hakim, Məhkəmə Hüquq Şurasının keçmiş üzvü Mansur İbayev dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, o, uzunsürən xəstəlikdən sonra ötən gün vəfat edib.

 

Bir çox səs-küylü məhkəmələrə hakimlik edən M.İbayev 1964-cü ildən məhkəmə orqanlarında işləməyə başlayıb.

 

Qubadlı, Ağdaş, Göyçay rayonlarında məhkəmə sədri, 1976-cı ildən 2000-ci ilə qədər Ali Məhkəmənin üzvü, 2000-ci ildən 2012-ci ilə kimi Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hakimi, eyni zamanda Məhkəmə Hüquq Şurasının və Mərkəzi Seçki Komissiyasının üzvü vəzifələrində işləyib.

 

2006-cı ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
PUTİN RAZILAŞDI, UKRAYNA ÖZ TƏKLİFİNDƏN İMTİNA ETDİ