Modern.az

Jurnalist İlham Cəmiloğlu vəfat etdi

Jurnalist İlham Cəmiloğlu vəfat etdi

Allah rəhmət eləsi̇n

20 Avqust 2024, 10:09

Jurnalist İlham Cəmiloğlu vəfat edib. 

Modern.az xəbər verir ki, bu barədə mərhumun qardaşı Hikmət Xudiyev bildirib.  

Onun sözlərinə görə, İlham Cəmiloğlu ötən gün gecə saatlarında ürək tutmasından vəfat edib. 

Qeyd edək ki, uzun müddət media sahəsində fəaliyyət göstərən İlham Cəmiloğlu bir müddət Modern.az saytı ilə də əməkdaşlıq edib. 

İlham Cəmil oğlu Xudiyev 1965-ci il yanvarın 25-də Xankəndi şəhərində müəllim ailəsində anadan olub. Xankəndi şəhər Nizami Gəncəvi adına 4 saylı orta məktəbdə orta təhsil alıb. 1984-1986-cı illərdə keçmiş Sovet ordusunda həqiqi hərbi xidmət keçib.

Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib.

1991-1998-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi jurnalist kimi fəaliyyət göstərib, "Azərbaycan Ordusu" və "Qarabağ" qəzetlərində çalışıb. Modern.az və Müsavat.com saytları ilə əməkdaşlıq edib. Qarabağ müharibəsinin veteran zabiti idi. 

“Mən Azərbaycan vətəndaşıyam”, “Şuşadan Şəhidlər Xiyabanına”, “Müstəqil Azərbaycan”, “Bizim ziyalılar”, “Qarabağ müharibəsi – faktlar və həqiqətlər”, “Erməni təcavüzünün Qarabağ ünvanı”, Ukrayna dilində “Xocalı – yaddaşlardan silinməyən tarix” və digər kitabların müəllifidir.

Allah rəhmət eləsin.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi