Modern.az

Təhsil krediti alacaq şəxslərin sayı artacaq

Təhsil krediti alacaq şəxslərin sayı artacaq

Aktual

12 Noyabr 2021, 11:58

Təhsil Tələbə Kredit Fondunun Nizamnamə kapitalı artırılacaq. 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib. 

Nazir bildirib ki, həmin Fondun Nizamnamə kapitalının 2022-ci ildə 102 milyon manata çatdırılması gözlənilir.

 

“Bununla da təhsil krediti alacaq şəxslərin sayı artacaq”, - deyə nazir əlavə edib. 

Qeyd edək ki, 2021-ci il üçün Fondun Nizamnamə kapitalı 80 milyon manat məbləğində dəyərləndirilir. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı