Modern.az

Liderlərin Putinə ad günü hədiyyəsi: traktor, qarpız...

Liderlərin Putinə ad günü hədiyyəsi: traktor, qarpız...

Aktual

7 Oktyabr 2022, 16:50

MDB ölkələrinin liderləri Rusiya Prezidenti Vladimir Putinə ad günü hədiyyələri gətiriblər.

 

Modern.az xəbər verir ki, liderlər Sankt-Peterburq şəhərində MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü zamanı hədiyyələri təqdim ediblər. 

 

Belə ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Putinə toxumsəpən traktor, Tacikistan Prezidenti Emoməli Rəhmon isə qovun və qarpız piramidası hədiyyə edib. Digər liderlərin hədiyyələri hələ məlum deyil.

 

Qeyd edək ki, bu gün Rusiya lideri Vladimir Putinin 70 yaşı tamam olur. 

 

Sizə yeni x var
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV