Modern.az

Astarada ağacları kəsən şəxs cəzalandırıldı

Astarada ağacları kəsən şəxs cəzalandırıldı

Aktual

13 Oktyabr 2022, 17:20

Astara rayonu, Təngərüd meşəbəyliyinin 6 saylı dolayında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.


Bununla bağlı Modern.az-a Xidmətdən məlumat verilib.

 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, əraziyə keçirilən baxış zamanı ərazidə vələs və palıd ağacının kəsildiyi, bir neçə ağacın isə zədələndiyi müəyyən edilib.


“Araşdırma zamanı ağacların Astara rayon sakini Nemət Nəzərov tərəfindən kəsildiyi və zədələndiyi məlum olub. Faktla bağlı akt, protokol tərtib olunub və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb”.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV