Modern.az

Parisdə 140 min nəfər ETİRAZA QALXDI

Parisdə 140 min nəfər ETİRAZA QALXDI

16 Oktyabr 2022, 20:33

Fransanın paytaxtı Parisdə qiymət artımına qarşı etiraz aksiyası keçirilib. 

 

Modern.az xəbər verir ki, mitinqi Jan-Lük Melenşonun solçu “Tabe olmayan Fransa” partiyası, “Avropa-Ekologiya-Yaşıllar” və Sosialist partiyası təşkil edib. 

 

Mətbuatda yayılan məlumatlara görə, aksiyaya təxribatçılar da qoşulub. Nəticədə polis gözyaşardıcı qazdan istifadə edib. 

 

Nümayişçilər maaşların və sosial müavinətlərin artırılmasını, elektrik enerjisinin qiymətlərinin sabitləşdirilməsini, izafi mənfəətdən verginin tətbiqini və ekoloji layihələrə investisiya qoyulmasını tələb ediblər. 

 

"Le Figaro"nun məlumatına əsasən mitinqə 140 mindən çox adam qoşulub. 

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var