Modern.az

Dörd rayonda "Açıq qapı" aksiyası keçiriləcək

Dörd rayonda

Aktual

12 Noyabr 2022, 14:46

Növbəti həftə (14.11-16.11.2022 və 18.11.2022) daha 4 rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək.

 

Modern.az xəbər verir ki, aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Hacıqabul rayonunda (İsmət Qayıbov küçəsi 15), 2-ci günü saat 12:00-dan 13:00-dək İmişli rayonunda (Zəfər prospekti 9, İmişli Olimpiya İdman Kompleksinin qarşısı), 3-cü günü saat 11:00-dan 12:00-dək Saatlı rayonunda (H. Əliyev prospekti, Gənclər mərkəzinin qarşısı), 5-ci günü saat 11:00-dan 12:00-dək isə Salyan rayonunda (M. Ə. Rəsulzadə küçəsi, Mərkəzi Kitabxananın qarşısı) baş tutacaq.

 

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?