Modern.az

Prezidentin bu gün təltif etdiyi TANINMIŞLAR

Prezidentin bu gün təltif etdiyi TANINMIŞLAR

Aktual

12 Noyabr 2022, 15:03

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki,sənədə əsasən, Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər həmin fəxri diplomla təltif ediliblər:

 

İsayev Xəzər Ağali oğlu

 

Meftahəddinova Zemfira Əli qızı

 

Şabanova Rəfiqə Mahmud qızı.

 

Qeyd edək ki, tanınmış güləşçi Xəzər İsayev Sərbəst güləş üzrə Dünya və ikiqat Avropa çempionu, atıcılıq üzrə Olimpiya çempionu Zemfira Meftahəddinova Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin rəisi, məşhur həndbolçu Rəfiqə Şabanova isə əməkdar bədən tərbiyəsi və idman ustasıdır.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?