Modern.az

Gəncədə tarixi derbi: "Kəpəz" "Turan"ı sınağa çəkəcək

Gəncədə tarixi derbi:

Aktual

13 Noyabr 2022, 10:29

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulacaq.

 

Modern.az-ın məlumatına görə, son oyun günündə 2 görüş baş tutacaq.

 

Günün ilk matçı Gəncədə yerli "Kəpəz"lə "Turam Tovuz" arasında olacaq. Hazırda meydan sahibləri 8 xalla 9-cu, qonaqlar isə 15 xalla 6-cı pillədə qərarlaşıb.

 

İki komanda indiyədək ölkə çempionatında bir dəfə qarşılaşıb. Tovuzda baş tutan oyunda yerli kollektiv 2:0 hesablı qələbə qazanıb.

 

Tura "Sabah" və "Qarabağ" arasında keçiriləcək mərkəzi qarşılaşma ilə yekun vurulacaq. Ağdam təmsilçisi 13 oyundan sonra maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edir. Rəqibindən 5 xal geri qalan paytaxt klubu isə 2-cidir.

 

Komandalar bunadək Premyer Liqada 16 dəfə üz-üzə gəliblər. 12 oyun "köhlən atlar"ın qələbəsi, 4 görüş isə heç-heçə ilə ba.a çatıb. “Sabah” indiyədək rəqibinə qalib gələ bilməyib. Topların nisbərində də Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv aşkar üstündür - 33:8. “Qarabağ” son 9 qarşılaşmada meydanı qolsuz tərk etməyib.

 

Azərbaycan Premyer Liqası

 

XIV tur

 

13 noyabr (bazar)

 

14:30. “Kəpəz” – “Turan Tovuz”

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Əli Əliyev

Hakim-inspektor: Munis Abdullayev

Gəncə şəhər stadionu.

 

17:00. “Sabah” – “Qarabağ”

Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Rauf Allahverdiyev

Hakim-inspektor: Anar Salmanov

“Bank Respublika Arena”.

 

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Şamaxı" evdə "Sumqayıt"ı 4:2, "Zirə" "Səbail"i 1:0, "Neftçi" isə "Qəbələ"ni 2:0 hesabı ilə məğlub edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?