Modern.az

Bakıda kişi arvadını və oğlunu güllələdi

Bakıda kişi arvadını və oğlunu güllələdi

Aktual

13 Noyabr 2022, 12:51

Bakıda 67 yaşlı kişi arvadını və oğlunu güllələyib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, hadisə Suraxanı rayonunda Yeni Suraxanı qəsəbəsində baş verib. 1955-ci il təvəllüdlü Eldar Dadaşov ov tüfəngindən açdığı atəşlə 64 yaşlı həyat yoldaşı Nazilə Pirimovanı və 34 yaşlı oğlu Vüqar Dadaşovu ov tüfəngindən açdığı atəşlə yaralayıb.

 

Yaralılar xəstəxanaya yerləşdirilib. Əməli törərməkdə şübhəli bilinən Eldar Dadaşov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.

 

Hazırda araşdırmalar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?