Modern.az

Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib

Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib

Aktual

13 Noyabr 2022, 19:16

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda baş verən partlayışda ölənlərlə bağlı Türkiyəyə başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov "Twitter" hesabında paylaşım edib.

 

“İstanbul şəhərində İstiklal prospektində partlayış xəbəri bizi dərindən kədərləndirdi. Bu terror nəticəsində hayatlarını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyəyə başsağlığı bildirir, yaralılara şəfa diləyirik.

 

Azərbaycan hər zaman qardaş Türkiyenin yanındadır!”, - deyə nazir sosial şəbəkə hesabında yazıb.

 

Qeyd edək ki, İstanbulun İstiqlal küçəsində baş verən partlayış nəticəsində 6 nəfər həlak olub, 53 nəfər yaralanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?