Modern.az

Sabahdan istilik mövsümü BAŞLAYIR

Sabahdan istilik mövsümü BAŞLAYIR

Aktual

14 Noyabr 2022, 09:40

Azərbaycanda istilik mövsümü planlaşdırıldığı kimi noyabrın 15-i başlayacaq.

 

Bu barədə Modrn.az-a "Azəristiliktəchizat” ASC-dən məlumat verilib.

 

Rəsmi məlumata görə, bütün qazanxanalar qış mövsümünə hazırdır və sabahdan etibarən qrafik üzrə çalışacaq.

 

"Bu məqsədlə daha 538 qazanxana və 87 istilik məntəqəsi işə qoşulacaq".

 

Xatırladaq ki, ölkənin dağlıq və dağətəyi əraziləri hesab edilən Şuşa, Şabran, Xaçmaz, Quba, Qusar və Lerikdə istiliyin verilməsinə noyabrın 1-dən başlanılıb. Bu məqsədlə 26 qazanxana və 1 istilik məntəqəsi işə qoşulub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?