Modern.az

Liderlərin ilk üzbəüz görüşünün detalları - YENİLƏNİB

Liderlərin ilk üzbəüz görüşünün detalları - YENİLƏNİB

Aktual

14 Noyabr 2022, 18:07

Balidə Çin lideri Si Cinpin və ABŞ prezidenti Co Bayden arasında görüş yekunlaşıb.

 

Modern.az xəbər verir ki, danışıqlar üç saat yarımdan çox davam edib.

 

Ağ Evin yaydığı məlumata görə, dövlət başçıları ABŞ və Çinin münaqişəyə sürüklənməsinin qarşısını almaq üçün prinsiplərin hazırlanmasının vacibliyini müzakirə ediblər.

 

Co Bayden ABŞ-ın Çinlə fəal rəqabət aparmağa davam edəcəyini bildirib.

 

Danışıqlarda Ukraynadakı vəziyyətə də toxunulub. Liderlər Ukraynada nüvə silahından istifadə təhdidlərinə qarşı çıxıb, nüvə müharibəsinin yolverilməz olduğunu söyləyib.

 

Eyni zamanda, ABŞ dövlət katibi Entoni Blinkenin Çinə səfəri ilə bağlı razılıq əldə olunub.

 

***

İndoneziyanın Bali əyalətində ABŞ Prezidenti Coz Baydenlə Çin lideri Si Cinpin arasında G20 sammiti çərçivəsində ilk görüş keçirilib.

 

Modern.az xəbər verir ki, məlumatı xarici KİV-lər yayıb.

 

Bildirilib ki, bu, onların dövlət başçısı səviyyəsində ilk görüşüdür. Tərəflər arasında 2015-ci ildə görüş olub. Ancaq onda Cozef Bayden Prezident deyildi.

 

Qeyd edək ki, noyabrın 15-də İndoneziyanın Bali kurort adasında G20-liyin zirvə toplantısı keçiriləcək. Rusiya Prezidenti Vladimir Putin toplantıya qatılmayacaq.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?