Modern.az

“Qarabağ” ukraynalı hücumçunu almaq istəyir

“Qarabağ” ukraynalı hücumçunu almaq istəyir

Aktual

15 Noyabr 2022, 08:17

“Qarabağ” klubu Ukrayna millisinin və “Dinamo”nun (Kiyev) futbolçusu Artyom Besedini transfer edə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə “sport.ua” saytı məlumat yayıb.

 

26 yaşlı hücumçu yayda “köhlən atlar”ın hədəfində olub. Besedinin qış transfer pəncərəsi dövründə “Qarabağ”a keçəcəyi istisna olunmur.

 

Futbolçu ilə Türkiyənin “Kasımpaşa” və “Sivasspor” klubları da yaxından maraqlanır.

 

Qeyd edək ki, 2013-cü ildən “Dinamo”da çıxış edən Besedin Ukrayna millisində 19 oyunda 2 qol vurub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...